Xəzər Xəbər

Şəmkirdə sərxoş kişi körpələr evindən oğurluq etdi

Hadisə | 11:11 • 8 Fevral 2019
Şəmkirdə sərxoş kişi körpələr evindən oğurluq etdi
Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, gecə oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyalar oğurlanıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə  verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.

​İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti