Xəzər Xəbər

Ruhi xəstə olan qadından DƏHŞƏTLİ ƏMƏL: oğlunu 10 il işıqsız otaqda bağlı saxladı - FOTOLAR

Hadisə | 10:29 • 8 Fevral 2019
Ruhi xəstə olan qadından DƏHŞƏTLİ ƏMƏL:

Əzizə hər gün oğluna su və yemək apardığını deyib.

Misirin Secin Qum kəndində ana oğlunu ərinin qohumlarından gizlətmək üçün 10 il işıqsız otaqda saxlayıb.

Üzə çıxan dəhşətli faktlara əsasən məlum olub ki, Məhəmməd Rəcəb əl-Qarbavi adlı gənc 7 yaşında yoxa çıxıb. Ana Əzizə əl-Qalemi qonşularına oğlunun öldüyünü söyləyib. Ancaq Məhəmmədi 10 il boyunca qaranlıq otaqda saxlayıb. Bu yaxınlarda Əzizənin evinin yaxınlığındakı xarabalıqdan inilti eşidən qonşular şübhələnməyə başlayıblar. Evə girməyə çalışan qonşularına sərt davranan Əzizə özünə qarşı şübhələri daha da artırıb və qonşular polisə müraciət etməli olublar.

Polis evə baxış keçirən zaman orada danışıq qabiliyyətini itirmiş, bədəni həşəratlarla örtülmüş gənc oğlanı tapıblar. 17 yaşlı Məhəmməd Misirin Sosial Nazirliyi tərəfindən himayəyə götürülüb, ana isə həbs edilib. Məhkəmədə ifadəsi zamanı Əzizə hər gün xarabalığa gedərək oğluna su və yemək apardığını deyib. Tibbi müayinələr zamanı qadının psixoloji problemlərinin olduğu üzə çıxıb. (qafqazinfo)

image description


image description

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti