Xəzər Xəbər

Xırdalanda ev yanıb, bir nəfərin meyiti aşkar olunub

Hadisə | 13:45 • 5 Fevral 2019
Xırdalanda ev yanıb, bir nəfərin meyiti aşkar olunub

Abşeron rayonunun Xırdalan şəhərində yaşayış evində yanğın olub.


Hadisə fevralın 5-də gecə saat 3 radələrində baş verib. Ümumi sahəsi 37 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kvadratmetr sahədə, dəhlizin tavanı isə 5 kvadratmetr sahədə yanıb.


1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.


K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən yanğından mühafizə olunub.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti