Xəzər Xəbər

Bakıda insanlıq dramı – Bir ayağını itirmiş 42 yaşlı qadına FHN kömək etdi

Hadisə | 13:59 • 4 Fevral 2019
Bakıda insanlıq dramı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

XəzərXəbər xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bildirilir ki, mənzildə tək olan 1977-ci il təvəllüdlü Şəfəq Mənsimova (ad şərtidir) şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bir müddət əvvəl əməliyyat yolu ilə onun bir ayağı kəsilib. Bu gün səhər saatlarında yaşadığı mənzilin qapısı içəri tərəfdən avtomatik kilidləndiyindən qadın hərəkət edərək qapını açmaqda çətinlik çəkib və yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb.

Ondan narahat olan yaxınları dərhal FHN-ə müraciət edib və qadın halsız vəziyyətdə aşkarlanaraq ünvana çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti