Xəzər Xəbər

Bakıda yol qəzaları əsasən bu ərazilərdə baş verir

Hadisə | 13:33 • 4 Fevral 2019
Bakıda yol qəzaları əsasən bu ərazilərdə baş verir

2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib.

Bakıda yol-nəqliyyat hadisələri həftənin şənbə və bazar günləri, əsasən saat 20:00-dan 24:00-a qədər baş verir.

Bunu Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, 2018-ci il ərzində yol qəzaları əsasən Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, şəhər şosesi, Zığ şosesi, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib.

Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.(trend.az)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti