Xəzər Xəbər

Bakıda 2 avtomobil toqquşdu – 4 nəfər xəstəxanalıq oldu

Hadisə | 11:46 • 4 Fevral 2019
Bakıda 2 avtomobil toqquşdu – 4 nəfər xəstəxanalıq oldu

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində 99 ZZ 982 dövlət qeydiyyat nişanlı "VAZ 2121-Niva” ilə 90 UP 664 nömrə nişanlı "KİA” toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti