Xəzər Xəbər

Əmisi arvadını bir yumruqla... Pirallahıda AĞLASIĞMAZ HADİSƏ

Hadisə | 13:16 • 3 Fevral 2019
Əmisi arvadını bir yumruqla...

Bakı Apellyasiya Məhkəməsində əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Pirallahı rayonunda baş verib. R.Hüseynov əmisinin həyat yoldaşı Mariya Qəhrəmanovanı yumruqla vuraraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xəbər lenti