Xəzər Xəbər

Ağır yol qəzası - Uşaq və yeniyetmələr həlak oldu

Hadisə | 12:30 • 3 Fevral 2019
Ağır yol qəzası - Uşaq və yeniyetmələr həlak oldu

ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.

Hadisə Merilend ştatında baş verib. Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən qəzada ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.

Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib./publika.az

Xəbər lenti