Xəzər Xəbər

Havaya atılan tullantıya görə zavod cəzalandı

Hadisə | 18:01 • 28 Yanvar 2019
Havaya atılan tullantıya görə zavod cəzalandı

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən "S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti araşdırma və monitorinq keçirilib.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli "məcburi göstəriş” verilmişdi. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti