Xəzər Xəbər

DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi FOTO

Hadisə | 17:43 • 28 Yanvar 2019
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən paytaxt sakini olan bir qadın Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib.

Yasamal rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb.

Onun ətrafında aparılan tədbirlər zamanı paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovun cibindən 1130 manat və daha bir qadının çantasından isə 440 manat oğurladığı məlum olub.

Qeyd olunan faktlarla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşları E.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Yasamal rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti