Xəzər Xəbər

Baş prokurorun keçmiş müavini vətəndaşı aldadıb 150 min manat aldı

Hadisə | 17:37 • 28 Yanvar 2019
Baş prokurorun keçmiş müavini vətəndaşı aldadıb 150 min manat aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış olmadığını bildirib.

Vəkil cinayət materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncamına əsasən, Baş prokurorunun müavini təyin edilib. M.Cəfərov bir müddət bu vəzifədə çalışıb.(Report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti