Xəzər Xəbər

Bakıda içində 131 min manat olan seyfi oğurlayan şəxs ƏLƏ KEÇDİ

Hadisə | 14:42 • 28 Yanvar 2019
Bakıda içində 131 min manat olan seyfi oğurlayan şəxs

Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub.

XəzərXəbər xəbər verir ki, polis əməkdaşları tərəfindən 5 il əvvəl törədilmiş oğurluq faktının üstü açılıb.

Belə ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən içərisində 2270 ABŞ dolları və 130692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti