Xəzər Xəbər

Bakıda DƏHŞƏTLİ CİNAYƏT Qadını döyə-döyə öldürdü, boğazını kəsdi, meyitini...

Hadisə | 14:18 • 28 Yanvar 2019
Bakıda DƏHŞƏTLİ CİNAYƏT

Bakıda dəhşətli qətl törədilib.

Xətai rayonu İnqilab İsmayılov küçəsi 52 ünvanının qarşısından yaşlı qadın meyiti tapılıb.

Məlum olub ki, qadının, boyun, alın, gicgah, sifət, döş qəfəsi və digər bədən nahiyələrində çoxsaylı xəsarətlər var. Həmçinin onun boğaz nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş xəsarət müəyyən edilib.

İlkin ehtimala görə, qadını vəhşicəsinə döyən şəxs və ya şəxslər onun öldüyünə əmin olmaq üçün daha sonra bıçaqla boğazını kəsib.

Faktla bağlı cinayət işi açılıb, dəhşətli cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir./publika.az

Xəbər lenti