Xəzər Xəbər

Xətaidə əl qumbarası tapılıb - FOTO

Hadisə | 09:58 • 27 Yanvar 2019
Xətaidə əl qumbarası tapılıb -

Xətai rayonunda əl qumbarası tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) xezerxeber.az-a verilən xəbərə görə, ötən gün saat 12:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 90 ünvanında 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafı Agentliyin mütəxəssisləri tərəfindən 200 kv.m yerüstü, 150 kv.m isə yeraltı yoxlanılmış, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 26 yanvar 2019-cu il tarixlərində 22 siqnal (əməliyyat çağırışı) əsasında 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, 82 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 8,300 kv.m ərazi yerüstü və 200 kv.m ərazi yeraltı yoxlanılıb.

Xəbər lenti