Xəzər Xəbər

Azərbaycanda anasını fahişəliyə cəlb edən qızın dəhşətli əməlləri ÜZƏ ÇIXDI

Hadisə | 14:18 • 26 Yanvar 2019
Azərbaycanda anasını fahişəliyə cəlb edən qızın dəhşətli əməlləri

Cəlilabad rayon sakini Sevinc İxayeva anasını fahişəliyə cəlb etdiyi üçün həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sevinc İxayevanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib.

Sevincin həbs edilməsi üçün şikayəti idarəyə yaşlı anası edib. O bildirib ki, qızı tərəfindən İranda fahişəliyə cəlb edilib.

Məlum olub ki, Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib. Onun başqa insan alveri törətməsi cinayətləri də üzə çıxıb.

İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq hərəkətləri davam edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti