Xəzər Xəbər

Administrator satıcıya sataşdı - Ürəyindən bıçaqlandı

Hadisə | 12:13 • 23 Yanvar 2019
Administrator satıcıya sataşdı - Ürəyindən bıçaqlandı

Cinayəti törədən şəxs qadının qohumu olub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cinayət işinin hazırlıq iclası hakim Xəqani Səmədovun sədrliyi ilə yanvar ayının 28-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 1-də səhər saat 7:00 radələrində Bərdə rayonu ərazisində baş verib. Rayonun Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü R.Mamedov 1967-ci il təvəllüdlü Ülfət Həsənovu bıçaqlayıb.

Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. R.Mamedov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qisqancliq zəminində baş verib. Belə ki, Ü.Həsənov Bərdə rayonunda Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7” mağazasında satıcı işləyən A.M-ya (ad, soy ad şərti) qarşı əxlaqsız hərəkətlər təklif edib. Bundan qadının qohumu R.Mamedov xəbər tutub və ora gələrək Ü.Həsənova 4 bıçaq zərbəsi vurub.

Ü.Həsənov "Bərdə OBA market-7” mağazasının administratoru işləyib.

AzNews.az

Xəbər lenti