Xəzər Xəbər

Bakıda 26 yaşlı oğlanla 20 yaşlı qız yoxa çıxdı

Hadisə | 10:41 • 22 Yanvar 2019
Bakıda 26 yaşlı oğlanla 20 yaşlı qız yoxa çıxdı

Bakıda 2 nəfər itkin düşüb.

Nərimanov rayon Polis İdarəsinə müraciət edən 1986-ci il təvəllüdlü İlahə İbrahimova 26 yaşlı oğlu İbrahimin "Hyundai Sonata” markalı avtomobillə yaşadığı ünvanı tərk etdiyini və geri qayıtmadığını bildirib.

Qadın əlavə edib ki, oğlu ilə telefon əlaqəsi yaratmaq da mümkün olmayıb. O, övladının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Bundan başqa Nərimanov rayon Polis İdarəsinə müraciət edən Ramiz Əsgərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı 20 yaşlı Əfsanə Vəliyevanın naməlum şəraitdə yoxa çıxdığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır./publika


Rubrikanın digər xəbərləri

Xəbər lenti