Xəzər Xəbər

FHN maye qaz daşıyan maşının aşması ilə bağlı məlumat yayıb

Hadisə | 13:51 • 21 Yanvar 2019
FHN maye qaz daşıyan maşının aşması ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.


Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.


FHN-dən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.


Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

Xəbər lenti