Xəzər Xəbər

Bakıda piyada yol qəzasının qurbanı oldu

Hadisə | 14:04 • 18 Yanvar 2019
Bakıda piyada yol qəzasının qurbanı oldu
Yanvarın 17-də saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə piyada hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti