Xəzər Xəbər

Parkda quldurluq edən şəxs cinayət başında yaxalanıb

Hadisə | 12:53 • 15 Yanvar 2019
Parkda quldurluq edən şəxs cinayət başında yaxalanıb

Paytaxtın Səbail rayonu ərazisindəki parkların birində quldurluq edən şəxs polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində cinayət başında yaxalanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında saxlanılıb.


Polis əməkdaşları tərəfindən onun Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib.


Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti