Xəzər Xəbər

Ağdaşda 5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Hadisə | 10:03 • 15 Yanvar 2019
Ağdaşda 5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitələri əldə etdiyi mənbə də aşkar edilib.

K.Xandadaşov 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib.

Z.Əliyevin yaşadığı evinə baxış keçirilən zaman satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kq 935 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti