Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: Özünü taksi ilə evə çatdırdı – 3 saat sonra öldü

Hadisə | 17:01 • 14 Yanvar 2019
Azərbaycanda DƏHŞƏT:

Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.

Publika.az-ınəldə etdiyi məlumata görə, başına zərbələrin endirilməsi nəticəsində ölən şəxs Cəlilabad şəhər Təbriz küçəsində qeydiyyatda olmaqla yaşayan 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu olub.

Belə ki, dünən saat 18 radələrində 28 yaşlı Rəcəb özünü Təbriz küçəsində əmisigilin evinə çatdırıb. R.Mirzəyev Masallıda tanımadığı şəxslərin onu vəhşicəsinə döydüyünü, başına zərbələr endirdiyini və taksi ilə özünü evə çatdırdığını deyib. saat 19 radələrində əmisi oğlu Zülfüqar Mirzəyev ağır vəziyyətdə olan Rəcəbi təcili olaraq rayon xəstəxanasına gətirib. Həkimlərin səylərinə baxmayaraq gənc oğlan saat 22 radələrində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar