Xəzər Xəbər

Qaradağda ağır qəza: 2 ölü, 3 yaralı

Hadisə | 14:29 • 14 Yanvar 2019
Qaradağda ağır qəza: 2 ölü, 3 yaralı
Qaradağda ölümlə nəticələnən yol qəzası baş verib.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi "Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirən İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi "KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti