Xəzər Xəbər

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO

Hadisə | 13:33 • 14 Yanvar 2019
Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi –

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.


Bu barədə daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Verilən məlumata görə, araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda "Hyundai” və "BMW” markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrini qarət etdiyi məlum olub.


O, avtomobillərin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub.


Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.


Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Polis əməkdaşları M.Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti