Xəzər Xəbər

Nərimanov və Binəqədi rayonlarında yanğın olub

Hadisə | 10:50 • 5 Yanvar 2019
Nərimanov və Binəqədi rayonlarında yanğın olub

Bakı şəhərinndə mənzildə yanğın olub.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 68 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin, hamam otağının lambirdən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtın Binəqədi rayonunda isə ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və talvara bitişik ümumi sahəsi 40 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Məlumata görə, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti