Xəzər Xəbər

Bakıda 38 yaşlı qadın hamamda dəm qazından boğularaq ölüb

Hadisə | 12:37 • 4 Yanvar 2019
Bakıda 38 yaşlı qadın hamamda dəm qazından boğularaq ölüb

Bakıda dəm qazından zəhərlənmə baş verib.


"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 3-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.


1981-ci il təvəllüdlü Allahverdiyeva Mirvari Fəaliyyət qızı hamamda dəm qazından boğularaq ölüb.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti