Xəzər Xəbər

Abşeronda qətl törədən şəxs saxlanılıb

Hadisə | 18:17 • 3 Yanvar 2019
Abşeronda qətl törədən şəxs saxlanılıb

Yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd kəndində yaşayan Məmmədova Əqidə Mirzəkişi qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə Cinayət işi üzrə şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.


Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədov Rafiq Həsənoviçin qeyd edilən tarixdə saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Ə.Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla qəsdən öldürməsində əsaslı şübhələr müəyyən olunduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti