Xəzər Xəbər

Bakı bulvarındakı dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR

Hadisə | 13:54 • 31 Dekabr 2018
Bakı bulvarındakı dəhşətli hadisə ilə bağlı

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ötən gün Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.

Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti