Xəzər Xəbər

İmişlidə soyğunçuluq edən şəxs tutulub

Hadisə | 14:46 • 26 Dekabr 2018
İmişlidə soyğunçuluq edən şəxs tutulub

Dekabrın 25-də İmişli rayonunun Otuziki kəndindəki bazarda naməlum şəxs Biləsuvar rayon sakini olan bir nəfərin əlindəki 945 manatı soyğunçuluq yolu ilə alıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əfqan Əzizov saxlanılıb.

Xəbər lenti