Xəzər Xəbər

Bakıda sürücüləri çaş-baş salan yol nişanı FOTO

Hadisə | 13:35 • 26 Dekabr 2018
Bakıda sürücüləri çaş-baş salan yol nişanı
Paytaxt küçələrindən birində ziddiyyətli yol nişanı quraşdırılıb.


XəzərXəbər xəbər verir ki, hansı qurum tərəfindən qoyulduğu bilinməyən nişan sürücülər arasında çaşqınlıq yaradıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında nişanın fotosunu paylaşıb. Bildirib ki, qanunvericiliyə əsasən, belə bir yol nişanı mövcud deyil.

"Hazırda ölkəmizdə yol hərəkətinin təşkili üzrə rəsmi səlahiyyəti olan qurumlar (BNA və DYP) belə səhv edə bilməzlər. Orada çalışanlar qanunda hansı nişanlar olduğunu bilirlər. Belə cəfəngiyyata yol verməzlər. Amma mütləq nişanı ora qoyanı tapmaq lazımdır. Maraqlıdır, görək belə özbaşınalıq edən kimdir?" - deyə Ə.Hüseynov yazıb.


Xəbər lenti