Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cəzalandırıldı

Hadisə | 13:03 • 26 Dekabr 2018
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cəzalandırıldı

Mağazaların hər biri 100 manat cərimə olunub

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 25-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar.

Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti