Xəzər Xəbər

Polis ölən piyadanın qohumlarını axtarır

Hadisə | 12:40 • 25 Dekabr 2018
Polis ölən piyadanın qohumlarını axtarır
Cari ilin oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Keçirilən əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə "Zenfira”, sol əl nahiyyəsində "ANA”, sol ayağının pəncəsində "Çox sağ ol”, sağ ayağının pəncəsində "TƏMİZ YU” və sol əlinin barmaqlarının üzərində "19?1” döymələri var.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti