Xəzər Xəbər

Banka saxta pul verən şəxs saxlanıldı

Hadisə | 12:12 • 25 Dekabr 2018
Banka saxta pul verən şəxs saxlanıldı
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

​27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib. Araşdırma aparılır.

Xəbər lenti