Xəzər Xəbər

Azərbaycanın axtardığı fırıldaqçı mayor Rusiyada tutuldu

Hadisə | 12:02 • 25 Dekabr 2018
Azərbaycanın axtardığı fırıldaqçı mayor Rusiyada tutuldu
Fırıldaqçılıq yolu ilə mülki cinayət törətməkdə ittiham olunaraq "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı, ehtiyatda olan 38 yaşlı mayor İrkutsk şəhərində Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.


XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) İrkutsk əyaləti Baş İdarəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu yaxınlarda Rusiya DİN-in İrkutsk əyaləti Baş İdarəsinin "İnterpol” Milli Mərkəzi Bürosuna Azərbaycanın axtarışda olan vətəndaşının əyalətin mərkəzində olduğu barədə məlumat daxil olub. İnformasiyanın dəqiqliyini təsdiqləndikdən sonra aparılan operativ axtarış əməliyyatları nəticəsində 38 yaşlı şübhəli həbs edilib.

Aydın olub ki, saxlanılan şəxs 3 il əvvəl mayor rütbəsilə hərbi xidmətdən gedib. Saxta sənədlərlə pensiya düzəltmək adı ilə bir neçə nəfərdən minlərlə dollar pul alaraq mənimsəyib. Onun bu əməlindən xəbər tutan Azərbaycan hüquq-mühafizə orqanları fırıldaqçılıq faktı üzrə cinayət işi açaraq həmin şəxsi beynəlxalq axtarışa verib.

Qeyd olunur ki, hazırda 38 yaşlı azərbaycanlının Bakıya ekstradisiyası məsələsinə baxılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti