Xəzər Xəbər

Polis narkotik satan Balakən sakinlərini yaxaladı

Hadisə | 11:51 • 25 Dekabr 2018
Polis narkotik satan Balakən sakinlərini yaxaladı

Cinayət başında tutuldular

Polis əməkdaşları Balakən rayonu ərazisində narkotik satan şəxsləri cinayət başında yaxalayıb.

DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Balakən rayonunun Hənifə kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakinləri Rəhim Süleymanov və İsmayıl Bayramov çəkisi 190 qram olan marixuananı satarkən cinayət başında yaxalanıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanovun evindən əlavə olaraq 700 qrama yaxın marixuana aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Xəbər lenti