Xəzər Xəbər

Bakıda taxta sexində faciə - 1 ölü, 1 yaralı

Hadisə | 11:12 • 25 Dekabr 2018
Bakıda taxta sexində faciə - 1 ölü, 1 yaralı

Anbara yığılmış taxtalar fəhlələrin üzərinə uçub

Bakıda taxta sexində faciə yaşanıb. Nizami rayon prokurorluğundan XəzərXəbər-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, M. Kazımov küçəsi 103 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən taxta sexində anbara yığılmış taxtalar fəhlələrin üzərinə uçub. Nəticədə uçan taxtaların altında qalan Gəray Allahverən oğlu Əliyev hadisə yerində ölüb, digər fəhlə Əli Səmədulla oğlu Səmədov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda 162.2-ci (əmək mühafizə qaydalarını pozma- ehtiyatsızlıq insan ölümünə səbəb olma) maddələri cinayət işi başlanıb.

Xəbər lenti