Xəzər Xəbər

“Bunu 30-40 il əvvəl etməli idim” Qatil ərin yazdığı məktub

Hadisə | 10:58 • 25 Dekabr 2018
“Bunu 30-40 il əvvəl etməli idim”
Bir neçə gün əvvəl İsmayıllı rayonunun Gəraybəyli kəndində qətl hadisəsi baş verib. Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundova kənddəki evində kəndirlə boğularaq öldürülüb. Qətli törədən şəxs əvvəlcə onun başına küt alətlə vurub, sonra isə boğub. 65 yaşlı qadının meyiti evinin həyətində tapılıb.


İlkin araşdırma nəticəsinə qətl hadisəsinin Ə.Axundovanın həyat yoldaşı tərəfindən törədildiyi məlum olub.

Kənd sakini Elman Axundov Azvision.az-a açıqlamasında cinayətdə əmisini günahkar bildirib. Onun sözlərinə görə, əmisi naməlum səbəbdən həyat yoldaşını amansızlıqla öldürüb.

Gəraybəyli kənd bələdiyyəsindən isə bildirilib ki, qatil ər hələ də tapılmayıb. Qadının əri hadisədən sonra stolun üstünə məktub qoyub, sonra oradan uzaqlaşıb. Necə gündür ki, onu axtarırlar, yerini heç kim bilmir.

Məktubda yazılıb:"Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm”

Hadisənin ailə münaqişəsi zəminində, yoxsa başqa səbəbdən baş verdiyi müəmmalı olaraq qalır.

"Qətl ötən həftənin 5-ci günü olub. Qadın özüBakıda, əri isə kənddə yaşayırdı. Hər ikisi təqaüdçüdür, işləmirdilər. Qadın ildə bir-iki dəfə kəndə gəlib, ərinə baş çəkirdi. 10 gün olardı ki, rayona gəlmişdi. Söz-söhbətli, münaqişəli ailə deyildi. Niyə belə bir şey baş verib, heç kəs bilmir”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti