Xəzər Xəbər

Məhkum cəzaçəkmə müəssisəsini məhkəməyə verdi - Səbəb

Hadisə | 10:23 • 25 Dekabr 2018
Məhkum cəzaçəkmə müəssisəsini məhkəməyə verdi - Səbəb

Şikayət, inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrlə bağlıdır

Bakıda məhkum cəza çəkdiyi çəzaçəkmə müəssisəsini məhkəməyə verib.

XəzərXəbər-in məlumatına görə, Səfərov Aris Əjdər oğlu cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verib. Məhkəmənin hazırlıq iclası 2019-cu il yanvar ayının 17-də hakim Aygün Abdullayevanın sədrliyi ilə keçiriləcək. Şikayət isə inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

Qeyd edək ki, Aris Səfərov 2012-ci ildə keçmiş MTN tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılması maddəsi ilə həbs edilib. Məhkum bu il cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət etsədə şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsidə 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti