Xəzər Xəbər

Gəncədə bıçaqlanan gənc xəstəxanada öldü, hadisəni törədən isə saxlanıldı

Hadisə | 10:14 • 25 Dekabr 2018
Gəncədə bıçaqlanan gənc xəstəxanada öldü, hadisəni törədən isə saxlanıldı

20 yaşlı Quliyev İbrahim Fərhad oğlu saxlanılıb

Hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini 28 yaşlı Həsənov Elçin Ədalət oğlu ötən gün şəhərin Kəpəz rayonu ərazisində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümükün olmayıb.

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanı hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Quliyev İbrahim Fərhad oğlu saxlanılıb. Hadiəsinin hansı səbəbdən baş verməsi isə istintaq araşdırmalaraı zamanı məlum olacaq.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb./AzNews.az

Xəbər lenti