Xəzər Xəbər

Qubada itkin düşmüş şəxsi polis meşədən tapdı Şil-küt ediblər: ayaqları tutulub, gözü açılmır...

Hadisə | 12:42 • 21 Dekabr 2018
Qubada itkin düşmüş şəxsi polis meşədən tapdı

Araşdırmalar zamanı onun möhkəm döyüldüyü məlum olub

Quba rayonun Amsarqışlaq kəndində dekabrın 16-da itkin düşən 1985-ci il təvəllüdlü Murad İsrafil oğlu Yusupov tapılıb. Bu barədə Quba rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, o, Şabran meşəsində döyülmüş vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı Murad Yusifovun möhkəm döyüldüyü məlum olub. Belə ki, ağır xəsarət alan şəxsin ayaqları tutulub, gözünün biri isə açılmır.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb, Yusupovu döyən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti