Xəzər Xəbər

Bakıda iş adamı güllələndi

Hadisə | 10:05 • 21 Dekabr 2018
Bakıda iş adamı güllələndi

Bakıda iş adamı qətlə yetirilib.


Hadisə paytaxtın Xətai rayonunda baş verib.


Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.


Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.


Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıb.


Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Trend)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar