Xəzər Xəbər

20 yaşlı oğlan dostları ilə görüşə getdi və... 8 gündür XƏBƏR YOXDUR

Hadisə | 17:49 • 20 Dekabr 2018
20 yaşlı oğlan dostları ilə görüşə getdi və...

Bakıda gənc oğlan itkin düşüb.

XəzərXəbər xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 35, mənzil 110-da baş verib.

Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərli Vüqar Tahir oğlu dekabrın 12-də evdən çıxaraq dostları ilə görüşə gedib.

Həmin vaxtdan sonra V.Ələkbərlidən xəbər çıxmayıb.

Faktla bağlı araşdırmalara başlanıb. (Trend)

Xəbər lenti