Xəzər Xəbər

Bakıda I kurs tələbəsi bıçaqlandı

Hadisə | 15:11 • 20 Dekabr 2018
Bakıda I kurs tələbəsi bıçaqlandı

Bakı Avrasiya Universitetinin tələbəsi bıçaqlanıb.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yarım saat əvvəl baş verib.


Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, hadisə universitet ərazisində baş verməyib: "Universitetin yanında olan qəbiristanlıqda tələbə bıçaqlanıb. O, yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmasa da, universitetin birinci kurs tələbəsidir”.

Xəbər lenti