Xəzər Xəbər

Şagirdi döyən direktor işdən çıxarılıb

Hadisə | 12:33 • 20 Dekabr 2018
Şagirdi döyən direktor işdən çıxarılıb
Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.


Təhsil Şöbəsindən verilən məlumata görə, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Qeyd olunub ki, yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək./azvision.az

Xəbər lenti