Xəzər Xəbər

Çempionu öldürən Anara 18 il həbs verildi

Hadisə | 12:28 • 20 Dekabr 2018
Çempionu öldürən Anara 18 il həbs verildi
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənova hökm oxunub.

Məhkəmənin qərarı ilə A.Allahverənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmədə son sözlə çıxış edən həmyerlimiz dünya çempionunun ailəsindən üzr istəyib.

Qeyd edək ki, ötən ilin avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində aralarında yaranan mübahisə zəminində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Azvision.az

Xəbər lenti