Xəzər Xəbər

Axtarışda olan 34 nəfər saxlanılıb

Hadisə | 10:57 • 20 Dekabr 2018
Axtarışda olan 34 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 106 cinayət faktından 12-nin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, beş nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Xəbər lenti