Xəzər Xəbər

Bakıda avtobus piyadanı vurub öldürdü

Hadisə | 14:11 • 19 Dekabr 2018
Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

1964-cü il təvəllüdlü Məmmədov Əhəd Siyavuş oğlu idarə etdiyi 90-JA 101 dövlət nömrə nişanlı "İSUZİ" markalı avtobusla Sabunçu-Zabrat-Maştağa şossesində hərəkətdə olarkən Zabrat qəsəbəsi ərazisindəki vertolyot aeroportunun qarşısında yolu keçən piyada, 1955-ci il təvəllüdlü Mişinkina Valentina Vasilievnanı vurub.

Ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan qadın orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti