Xəzər Xəbər

Nişanlısını və özünü tüfənglə öldürdü - Küçədə dəhşət

Hadisə | 12:48 • 19 Dekabr 2018
Nişanlısını və özünü tüfənglə öldürdü - Küçədə dəhşət

Hadisə yerinə polis və təcili yardım cəlb olunub.

Antalyanın Muratpaşa bölgəsində Nuri Karaata ayrılmaq istəyən nişanlısını tüfənglə öldürəndən sonra eyni silahla özünü də öldürüb.

Hadisə saat 8 radələrində baş verib. Keçən yaz nişanlanan Nuri Karaata və Simge Yıldız cütlüyü dünən axşam mübahisə ediblər. Özəl xəstəxanaların birində işləyən Simge Yıldız ayrılmaq istədiyini deyib. Balıqçı işləyən Nuri Karaata səhər saatlarında maşını ilə Simge Yıldızın evinə gəlib. Danışmaq istədiyini deyən Nuri Karaata onu evdən aparıb.

Cütlük ayrılıq məsələsinə görə mübahisə etməyə başlayıb. Bir müddət sonra Nuri Karaata maşını dayandırıb, Simge Yıldız maşından düşüb və küçədə qaçmağa başlayıb. Şahidlərin sözlərinə görə maşından düşən Nuri Karaata Yıldıza " Gəl bura, qaçma” deyə qışqırıb. Gənc qız qaçmağa davam edib. Avtomobilin baqajından tüfəngini çıxaran Nuri Yıldızı qovalamağa başlayıb. Təxminən 50 metrdən sonra Nuri Karaata arxadan 4 dəfə atəş açıb və Simge Yıldızı başından və müxtəlif yerlərindən vurub. Qan içində qalan Yıldız vəfat edib.

Simge Yıldızın cəsədinin yanına gedən Nuri Karaata bir müddət nişanlısının yanında gözləyib. Yanına heç kimi qoymayan Nuri sonra maşınına doğru gedib. Cəsəddən təxminən 20 metr irəlidə eyni tüfənglə intihar edib.

Şahidlərin xəbər verməsindən sonra hadisə yerinə polis və təcili yardım gəlib.

Respublika Prokurorunun araşdırmasından sonra cütlüyün cəsədləri yarılmaq üçün Antalya Məhkəmə Tibbi Ekspertizasının morquna göndəriləcək.

Hadisəni öyrənib bölgəyə gələn Simge Yıldızın anası Gülsüm Yıldız göz yaşı töküb. Polis qadını sakitləşdirməyə çalışıb. Onu öz maşınlarına mindirərək hadisə yerindən uzaqlaşdırıb. Digər tərəfdən Nuri Karaatanın hadisə yerinə gələn yaxınları da göz yaşı töküblər.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti