Xəzər Xəbər

Piyadanı vurub qaçan sürücü tapıldı

Hadisə | 12:27 • 19 Dekabr 2018
Piyadanı vurub qaçan sürücü tapıldı
Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.


​DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının "Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb. Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti