Xəzər Xəbər

Qaşqaldağı kəklik quşu adı isə satmaq istəyirdi

Hadisə | 17:47 • 18 Dekabr 2018
Qaşqaldağı kəklik quşu adı isə satmaq istəyirdi
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.


DİN-dən XəzərXəbər-ə bildirilib ki, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb.

Onun idarə etdiyi "Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik quşu adı altında satmaq məqsədi ilə ovladığını bildirib. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir.

Daxili işlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su və sahil mühafizə zonalarında balıq, həmçinin çöl quşlarının qanunuz ovu ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan cərimə, inzibati tənbeh tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti